7 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda

Oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər bu ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər. Bu barədə Avtosfer.az-a DİN mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib. C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












