70 yaşlı kişi özündən 15 yaş kiçik qardaşını bıçaqlayıb - Balakəndə

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu gün axşam saat 17:00 radələrində rayonun Hənifə kənd sakini, 1963-cü il təvəllüdlü Həmzət Əsəbəli oğlu Abdullayev bıçaqlanma xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəxanadan bildirilib ki, H.Abdullayevə döş qəfəsinin sol payının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti diaqnozu qoyulub. H.Abdullayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. H.Abdullayevin vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Abdullayev özündən 15 yaş böyük qardaşı, 1948-ci il təvəllüdlü Ramazan Abdullayev tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












