75 evin və bazarın “qurban getdiyi” yol tamamlanır - VİDEO

Şərifzadə küçəsi ilə Xarici Dairəvi yolu birləşdirəcək ümumşəhər əhəmiyyətli yolun tikintisi yekunlaşmaq üzrədir. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, yolda bütün işlər yaxın müddətdə yekunlaşacaq və 75 yaşayış evinin sökülməsi hesabına genişləndirilən yol növbəti ildən istifadəyə veriləcək.
Xatırladaq ki, Şərifzadə küçəsi ilə Xarici Dairəvi yolu birləşdirəcək bu yolun uzunluğu 1310 metr, eni isə 4 zolaqdan ibarət olacaq. Yolda 180 metr uzunluğunda tunel, ərazidə yerləşən evlərin sakinlərinin Şərifzadə və Xarici Dairəvi yola rahat çıxışını təmin etmək üçün isə uzunluğu 300 metr olan əlavə yol salınıb. Yolda aparılan təmirlə əlaqədar Bakının köhnə ticarət məkanlarından olan Yasamal bazarı sökülüb.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












