76 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq

Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya xətləri yuyulur və bərpa olunur, köhnə yağış barmaqlıqları yenisi ilə əvəzlənir. Onun sözlərinə görə, bununla bağlı artıq Heydər Əliyev prospektində 60 metr, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində isə 325 metr əlavə yağış-kanalizasiya xətti çəkilib və yağış barmaqlıqları quraşdırılıb. Paytaxtın bir neçə istiqamətində 40-a yaxın nöqtədə kiçikhəcmli yağış barmaqlıqları yeni və böyük barmaqlıqlarla əvəz edilib, kanalizasiya quyuları təmizlənib: "Bundan başqa, paytaxtın Yasamal, Nərimanov, Nizami, Binəqədi və Qaradağ rayonları ərazisindəki küçə və prospektlərdə 76 nöqtədə yeni yağış və kanalizasiya xətləri çəkilərək yağış barmaqlıqları quraşdırılacaq".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












