78 yaşlı qocadan şok etiraf: 90 narkomanı, fahişəni, avaranı öldürdüm - FOTO

ABŞ-ın Texas ştatındakı Dallas şəhərində həbsxanada cəza çəkən 78 yaşlı Semüel Littl 90 nəfəri öldürdüyünü etiraf edib. Birləşmiş Ştatların müxtəlif yerlərində həmin qətllərin üstü hələ də açılmayıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, S.Littl üç qadını amansızlıqla qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alıb. Lakin onun 1970-ci illərdə törədilmiş qətllərlə bağlı olduğu istisna deyil. İyul ayında o, 1994-cü ildə Ektor qraflığında Denis Kristi Braysı öldürməkdə suçlandığı üçün Kaliforniyadan Texasa ekstradisiya olunmuşdu. Littl Kaliforniya ştatında 3 qadını qətlə yetirdiyi üçün həbsxanaya salınmışdı. 1970-2005-ci illərdə ABŞ ərazində 90-dan artıq qətl törətməkdə suçlanan S.Littlə bağlı yeni istintaqa çoxsaylı ştatların polisləri, Federal Təhqiqat Bürosunun əməkdaşları, Ədliyyə Nazirliyinin müstəntiqləri cəlb olunublar. FTB hesab edir ki, S.Littl, sadəcə, Texas və Kaliforniyada yox, Florida, Corciya, Kentukki, Tennesi, Missisipi, Luiziana, İllinoys, Ohayo, Kaliforniya, İndiana, Arizona, Nyu-Meksiko və Cənubi Karolinada da 90 nəfərdən artıq insanı öldürüb. Ona qarşı irəli sürülmüş ittihamlar sübut olunarsa, Semüel Littl ABŞ tarixinin ən qəddar qatili olacaq. Ted Bandi 30, Con Ueyn Qeysi isə 33 nəfəri öldürdüyünü etiraf etmişdi. Hazırda 30 qətlin məhz S.Littl tərəfindən törədildiyi sübut olunub. Sabiq boksçu Semüel Littl 1970-2005-ci illərə ölkəni dolaşaraq narkomanları, fahişələri, avara və sərgədan insanları özünə hədəf seçmişdi. Bundan başqa, son 56 ildə onun quldurluq, qarət, oğurluq, narkotik maddələr saxlamaqla bağlı çoxsaylı cinayətlərdə əli olduğu da güman edilir. S.Littl 2012-ci ildə həbs olunmuşdu.


Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO










