''8-ci kilometr'' bazarında qida məhsulları antisanitar vəziyyətdə satılır - VİDEO

Mal və qoyunun baş-ayağını natəmiz şəraitdə vətəndaşlara satırlar. Satılan malın sağlamlığına dair heç bir sənəd də yoxdur. Avtosfer.az-ın məlumatına görə, söhbət paytaxtın Nizami rayonunda yerləşən ''8-ci kilometr'' bazarından gedir. Belə yerdən mal və qoyun baş-ayağını almaq istəyənlər ehtiyatlı olmalıdır. Çünki bazarda çəkiliş apardığımız zaman həmin məhsulun antisanitar vəziyyətdə satıldığının şahidi olduq. Baş-ayağın üzəri bağlanmadığından ətin üzərində milçəklər dövrə vurur. Baş-ayaqların sağlam heyvana məxsus olduğunu bildirən baytarlıq sənədi də yoxdur. Üstəlik, baş-ayaq satarkən xüsusi forma geyinməli olan satıcılarda da bu geyimlərin şahidi olmadıq. Məsələ ilə bağlı 21 saylı Qida Təhlükəsizliyi Nəzarəti məntəqəsindən bildirildi ki, satıcılar həmin məhsulların satışı ilə bağlı quruma sənəd təqdim etməlidirlər. Yalnız bundan sonra satılan həmin məhsuldan nümunələr götürülərək baş-ayağın sağlam heyvana məxsus olduğunu bildirən baytarlıq sənədi ala bilərlər. Ancaq hazırda satıcılar bunu etmədiklərindən onlara baytarlıq sənədi verilməyib. Ümumilikdə, bazar rəhbərliyinə tapşırılıb ki, istər baş-ayaq, istərsə də toyuq məhsullarının satışı üçün lazımi şərait, yəni soyuducular quraşdırılsın. Bazar rəhbərliyindən isə bildirildi ki, hazırda bazarda ət, toyuq və balıq məhsullarının satışı üçün soyuducular quraşdırılır. Proses başa çatdıqdan sonra baytar həkimə müraciət olunacaq və problem aradan qaldırılacaq. Problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, bu istiqamətdə nəzarət-yoxlama tədbirləri davam etdirilir. Tövsiyə olunub ki, vətəndaşlar hansısa bir problemlə qarşılaşarlarsa, qurumun 1003 qaynar xəttinə müraciət etsinlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












