9 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı - Masallıda

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vuran rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin Cavadov saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu şəxs rayonun Yeyənkənd kəndində avtomobil almaq adı ilə Kamal Xəlilovdan ayrı-ayrı vaxtlarda 48.000 manat alaraq mənimsəyib.
Eyni zamanda, onun Kənan Şirxanlı adlı bir nəfərdən də eyni üsulla 13.000 manat alması məlum olub. İstintaq tədbirləri ilə müəyyən edilib ki, Emin Cavadov ayrı-ayrı vaxtlarda 4 şəxsin pulunu mənimsəyib və həmin vətəndaşlara ümumilikdə 53 000 manatdan artıq maddi zərər vurub. Bundan başqa, E.Cavadov daha 3 nəfərin də etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etdiyi və külli miqdarda zərər vurduğu müəyyən edilib.
Saxlanılaraq istintaqa təhvil verilən E.Cavadov törətdiyi dələduzluq əməllərini etiraf edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












