90 min manat mənimsəməkdə təqsirləndirilən inkassatorun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşı Şahin Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Ş.Mövsümov günahsız olduğunu deyib. Bildirib ki, o bankın pulunu mənimsəməyib. Məhkəmə baxışı oktyabrın 16-a təyin olunub. İttihama əsasən, "Bank Respublika"nın sabiq əməkdaşı Ş.Mövsümov həmin bankda inkassator vəzifəsində çalışarkən bankın 90 min manatını mənimsəyib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ş.Mövsümov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












