95 yaşlı nasist 36 min insanın ölümündə ittiham edilir

Berlin Prokuroluğu keçmiş SS-çi, 95 yaşlı Verner Q-ni Mauthauzen konslagerində 36 min insanın ölümündə iştirakçı bilərək, ona qarşı ittiham irəli sürüb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "Bild" tabloidinə istinadən xəbər verir. Bildirilir ki, o, İkinci Dünya Müharibəsi illərində, Avstriyada Mauthauzen əsir düşərgəsində SS bölməsinin mühafizəçisi işləyib. Verner Q. indi Berlində yaşayır. Hazırda Berlin məhkəməsi ittiham həbsi barədə qərarı təsdiqləməlidir. Qeyd edək ki, SS üzvləri İkinci Dünya Müharibəsi illərində faşist əsir düşərgələrində saxlanılan yəhudilərə, slavyanlara, qaraçılara, eləcə digər xalqlara, habelə siyasi baxışlı antifaşistlərə, o cümlədən kommunistlərə, sosial demokratlara qarşı qəddarlıqları ilə seçiliblər. Mauthauzen konslageri 1938-ci ildə Avstriyanın faşist Almaniyasına hərbi yolla birləşdirilməsindən dərhal sonra inşa edilib. Daha əvvəl Ştutqart Prokurorluğu "Auşviç-Birkenau" konslagerinin keçmiş mühafizəçisi, SS-in üzvü olmuş 94 yaşlı digər şəxsə qarşı ittihamlar irəli sürüb. O, 13335 nəfərin ölümündə iştirakçı sayılır.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












