AAF-ın drift məktəbinin dərsləri başlayıb – FOTO

Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbi fəaliyyətində bu gün ilk təlimlər olub. Təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçir. Azərbaycan Avtomobil Federasiyasından Avtosfer.az-a verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində təşkil olunan ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparır. Təlimdə drift avtomobil idman növünün əsasları, drift elementləri öyrədilir. Dərslər oktyabrın 14-dək davam edəcək. Drift dərslərində iştirak üçün qeydiyyatdan keçmək istəyən şəxslər [email protected] ünvanına müraciət edə və ya 050 295 01 00 telefon nömrəsinə zəng vura bilərlər. Dərslərdə iştirak ödənişlidir. Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.
Namiq
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan

















