ABŞ benzinin qiymətini Venesuela nefti ilə sabitləşdirmək istəyir

Vaşinqton Venesueladan neft tədarükünün artırılması hesabına ABŞ-də benzinin qiymət artımını cilovlamağa ümid edir.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin daxili işlər naziri Duqlas Berqam "Fox News" telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə fonunda ABŞ-də yanacaq qiymətlərində artım müşahidə olunur və Venesuela nefti bu artımın qarşısını almağa kömək edə bilər.
“İki ay əvvəl Venesuela sanksiyaların tətbiq olunduğu düşmən ölkə idi. İndi isə böyük ehtiyatlara malik strateji tərəfdaşdır və təchizatın Hörmüz boğazı vasitəsilə kəsilməsi riski yoxdur. Venesuela nefti Amerikaya sərbəst şəkildə daxil ola bilər və daxil olmağa davam edəcək. Bu cür addımlar ABŞ-də benzinin qiymətini aşağı salacaq”, - deyə Berqam qeyd edib.
"The New York Times" qəzetinin məlumatına görə isə, İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra ABŞ-də benzinin qiyməti bir həftə ərzində 14% artaraq 2024-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












