ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, komandanlıq bu barədə bəyanat yayıb.
Belə ki, ABŞ təyyarələri İranın raket və dron anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən "M/V Ever Lovely" yük gəmisinə kamikadze dron hücumundan sonra baş verib.
Komandanlıq mülki gəmiyə edilən hücumun atəşkəs rejiminin və naviqasiya azadlığının pozulması olduğunu bildirib. Qurum əlavə edib ki, Amerika qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla razılaşmalara əməl olunmasına nəzarət etməyə davam edir.
***
ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib. Bu barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində yazıb. "ABŞ rəsmisi mənə bildirib ki, ABŞ ordusu Hörmüz boğazında zərbələr endirib", - o qeyd edib. Başqa bir paylaşımda Ravid zərbələrin İranla əlaqəli hədəflərə endirildiyini yazıb. "Mehr" agentliyi isə öz növbəsində bildirib ki, İranın cənub sahillərində, Hörmüz boğazı ərazisində partlayış səsləri eşidilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












