ABŞ ilə süni intellekt sahəsində tərəfdaşlıq ölkəyə nə qazandıracaq? - Ekspert AÇIQLADI

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq çərçivəsində yeni addımlar atıb. Fevralın 10-u Azərbaycan və ABŞ arasında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” imzalanıb və həmin məsələ bu sənəddə öz əksini tapıb.
Avtosfer.az xəbər verir ki, sənəd çərçivəsində tərəflər "AI" texnologiyalarının inkişafını, rəqəmsal infrastrukturun gücləndirilməsi sahəsində əməkdaşlıq edəcəklər. Bu addım Azərbaycan üçün yalnız texnoloji tərəqqi demək deyil, həm də innovasiya sahəsində strateji inkişaf yolunu açır. Eyni zamanda ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində mövqeyini möhkəmləndirir və gənc mütəxəssislərin süni intellekt, data elmləri və kosmik texnologiyalar üzrə biliklərini artırmaq üçün yeni imkanlar yaradır.

Məsələ ilə bağlı İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu addımın ölkəmizə əsas qazancı üç istiqamətdə ola bilər:
“Süni intellekt sahəsində ABŞ kimi qabaqcıl ölkə ilə əməkdaşlıq etmək o deməkdir ki, biz sadəcə hazır məhsul istifadəçisi olmuruq, eyni zamanda texnologiyanın necə qurulduğunu, necə miqyaslandığını və necə təhlükəsiz idarə edildiyini yerində öyrənmək imkanı qazanırıq. Birincisi, bilik və təcrübə transferi qazanırıq. Çünki böyük "A"I layihələri yalnız koddan ibarət deyil onun arxasında data mərkəzləri, kibertəhlükəsizlik standartları, əməliyyat prosesləri və layihə idarəetməsi dayanır. Bu əməkdaşlıq layihələrin yerli sistemlərə uyğunlaşdırmağa kömək edəcək. İkincisi, rəqəmsal infrastrukturun sürətlənməsi ola bilər. Əlbətdəki "AI" üçün güclü hesablama, etibarlı şəbəkə və məlumat mərkəzləri lazımdır. Bu istiqamətdə atılan hər addım Azərbaycanı regionda texnoloji qovşaq, yəni data və xidmətlərin keçdiyi nöqtəyə çevirə bilər. Bu isə təkcə dövlət layihələri deyil, özəl sektor və startaplar üçün də yeni imkanlar açacaq. Üçüncüsü və deyərdim ki, ən önəmlisi insan kapitalıdır. Birgə proqramlar, təlimlər və pilot layihələr yerli mühəndislərin qlobal standartlarla işləməsinə şərait yaradacaq. Bu isə uzunmüddətdə ən böyük sərmayədir. Çünki texnologiyanı gətirmək olar, amma mütəxəssisi yetişdirmək uzun vaxt tələb edir”.
Nurcan Babək
Benzin və dizel ödənişsiz verilir... - Avtomobil sahiblərinin nəzərinə!
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı












