ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ

Son günlər beynəlxalq ictimaiyyətdə ABŞ-İsrail-İran münaqişəsi və atəşkəs prosesi ilə bağlı bir sıra məsələlər gündəmə çevrilib. Artıq dünyanın əksər ölkələrindəki jurnalistlər, siyasətçilər İranda, eləcə də Livan və Fələstində dinc insanların bombardıman edilməsini sərt qınaq obyektinə çeviriblər. Digər tərəfdən ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatlarına göz dikməsi də birmənalı qarşılanmır. Beynəlxalq dairələr artıq ABŞ-nin dövlət siyasətinin amerikalılar yox, sionistlər tərəfindən idarə edildiyini irəli sürür. Trampın vaxtaşırı ölkə əhalisini aldatmaq istiqamətində dediyi yalanlar, İranı çökürmək, İran üzərində qalibiyyətlə bağlı dedikləri həm də beynəlxalq ictimaiyyətdə qıcıq yaradır. Bir sıra fərziyyələr irəli sürülür. Bunlardan biri də sionistlərin oyuncağına çevrilən ABŞ-nin elə onların əli ilə də dağıdılacağıdır.
Müzakirə olunan əsas mövzu məhz İsrailin ABŞ və İran kimi ən böyük neft ehtiyatlarına malik, eləcə də daxili istehsal hesabına ayaq üstdə durmağı bacaran iki dövləti bir-birinə əzdirib yora və sonradan özündən asılı hala salmasıdır.
Məsələ ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Birləşmiş Ştatların dağılması elə dövlət yarandığı gündən eyni şəkildə müzakirə olunur.

“Yəni, 18-ci əsrin sonu, 19-cu əsrin əvvələrindən bu məsələlər həmişə gündəmdədir. Buna cəhdlər də olub. Məsələn, 19-cu əsrdə baş verən vətəndaş müharibəsi, faktiki olaraq ABŞ-nin iki hissəyə parçalanmasına səbəb olmuşdu və daha sonrakı müddətlər bəzi ştatlarda, xüsusilə də vaxtı ilə Meksikadan ayrılmış, Meksikadan qoparaq ABŞ-yə birləşən ştatlarda, total narahatlıq olub. Ancaq ümumi şəkildə ABŞ-də sistem elə qurulub ki, hər nə qədər ştatların özünün demokratik uğurları olsa da, bir növ, federal sistemdə onların hüquqlularına kölgə salacaq mərkəzə, sərt idarəetmə sisteminə bölüb. Buna görə ABŞ-nin ən azı yaxın gələcəkdə dağılacağına inanmıram.
Ancaq əlbəttə ki, bu, ABŞ heç vaxt dağılmayacaq demək deyil, ABŞ də bir gün dağılacaq. Çünki ABŞ əlaqəsi federativ şəkildə qurulan və demək olar ki, bir-birilə çox da əlaqəsi olmayan ştatlardan təşkil olunub.
Yəni, həmin ştatların əksəriyyətinin bir-birilə ortaq mədəniyyəti yoxdur, üst-üstə düşmür. Vahid Amerikan milləti bu günə qədər yaranmayıb. Çünki ABŞ-nin, baxın, Corc Vaşinqtondan sonra heç vaxt birləşdirici lideri olmayıb. Bu gün hakimiyyətdə olan Donald Tramp bir növ ABŞ-nin mövcud nizamına ən zidd liderdir. Yəni, heç bir prezident o ştatlar arasında vahid birliyi təmin edib birləşdirici bir fiqur olmayıb. Ölkədə hökuməti iki partiyanın idarə etməsi, Respublikaçıların və Demokratların daha çox üstünlük qazanması, siyasi hegemoniyası bir növ ABŞ-yə siyasi qütbləşməni də özlüyündə gətirir.
Yəni, bu da parçalanmaya səbəb ola biləcək adımlardır. Ancaq indiki halda, nə qədər ki, dünyada dollar güclüdür, mən ABŞ-nin parçalanacağına inanmıram”.
Səfər
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə










