ABŞ İrana dondurulmuş aktivlər üzərindəki həbsi ləğv edəcəyinə söz verib - KİV

ABŞ İrana dondurulmuş aktivləri üzərindən həbsin götürülməsi müqabilində Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq planlarından imtina etməyi təklif edib.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkof və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Dohaya səfər ediblər və orada Qətər vasitəçiləri ilə danışıqlarda yaranmış vəziyyətdən çıxış yollarını müzakirə ediblər. Qəzetin qeyd etdiyi kimi, Vaşinqton Tehranın boğaza nəzarət etmək iddiasından və xaricdə dondurulmuş təxminən 100 milyard dollarlıq İran vəsaitlərinin bir hissəsinə çıxış müqabilində gəmilərdən rüsum almaq ideyasından imtina etməsini təklif edib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, İran təklifi rədd edib və Hörmüz boğazına nəzarət etmək hüququnda israr etməyə davam edib. İran ordusu Tehranın təsdiq edilmiş marşrutlarından kənara çıxan gəmilərə qarşı sərt tədbirlər görəcəyi ilə hədələyib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












