ABŞ İrana görə beş şirkəti "qara siyahı"ya salıb

ABŞ Maliyyə Nazirliyi İranın "Mahan Air" aviaşirkəti ilə əlaqəli olduğu ehtimal edilən beş hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yayımlanan açıqlamada bildirilib.
Sənədə əsasən, məhdudiyyətlər Rusiyanın "Air Cargo Pro" nəqliyyat şirkətinə, eləcə də İran, Çin və Hindistanda fəaliyyət göstərən dörd şirkətə şamil olunub. Bundan əlavə, Vaşinqton Çin vətəndaşına qarşı da sanksiyalar tətbiq edib.
Qurumun açıqlamasında qeyd olunur ki, siyahıya daxil edilən şəxslər ABŞ-nin sanksiya siyahısında olan İranın "Mahan Air" aviaşirkəti ilə əməkdaşlıq ediblər.
Sanksiya siyahısına daxil edilmə ABŞ-dəki aktivlərin dondurulması, eləcə də Amerika vətəndaşları və şirkətlərinə siyahıdakı şəxslərlə biznes əlaqələri qurmağın qadağan edilməsi deməkdir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












