ABŞ İranı tankerləri peyklərdən gizlətmək cəhdində ittiham edib

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk jurnalistlər qarşısında çıxışında bildirib ki, İslam Respublikasının tankerləri peyk vasitəsilə onların olduğu yerlərini aydınlaşdırmağa icazə verən transponderləri (elektron müəyyənləşdirmə cihazını) söndürür. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, təxminən 10 belə gəminin olduğunu bildirib. Huk qeyd edib ki, transponderlər gəmilərin komandalarına başqa gəmiləri görməyə, toqquşmalardan çəkinməyə və limanlarda dispetçerlərlə əlaqədə olmağa imkan verirlər. ABŞ-ın xüsusi nümayəndəsi xatırladıb ki, İran eyni taktikadan 2012-ci ildə istifadə edib. Həmin vaxt beynəlxalq gəmiçiliyin qaydalarına zidd olaraq tankerlərin əksəriyyətində transponderlər söndürülüb. Onun sözlərinə görə, böyük miqdarda neftin olduğu tankerlərin qəzaya uğraması yalnız insanların həlak olmasına deyil, həm də ekoloji faciəyə gətirib çıxara bilər. Huk İran neftinin olduğu tankerləri qəbul etmək niyyətində olan ölkələri öz qərarlarını təkrar gözdən keçirməyə çağırıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












