ABŞ “Lukoyl”a bu tarixədək möhlət verdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Lukoyl”a qarşı sanksiyaların tətbiqindən sonra əməliyyatların tamamlanması üçün müəyyən edilmiş son müddəti uzadıb.
Avtosfer.az "Interfax”a istinadən xəbər verir ki, “Lukoyl”a öz törəmə şirkəti “Lukoil International GmbH”in və onunla əlaqəli aktivlərin satışı üzrə müqavilələrin razılaşdırılması və bağlanması ilə bağlı əməliyyatların həyata keçirilməsi üçün 13 dekabr 2025-ci ilə qədər möhlət verilib.
İdarənin məlumatına görə, belə bir əməliyyatın həyata keçirilməsi birbaşa OFAC-dan ayrıca icazə alınmasından asılıdır.
Bundan əlavə, OFAC Rusiya nəhənginin Bolqarıstandakı hüquqi şəxsləri ilə 29 aprel 2026-cı ilə qədər əməliyyatlar həyata keçirilməsinə icazə verib. Bura “Lukoil Neftohim Burgas JSC”, “Lukoil Bulgaria EOOD”, “Lukoil Aviation Bulgaria EOOD”, “Lukoil Bulgaria Bunker EOOD” kimi aktivlər daxildir.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir. Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.
“Lukoyl” şirkəti isə ona qarşı tətbiq edilən sanksiyalar fonunda ABŞ Maliyyə Nazirliyinə müraciət edərək əməliyyatların tamamlanması üçün möhlət verilməsini istəmişdi.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












