ABŞ NATO-dan çıxsa, nə baş verəcək? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp ölkəsini NATO-dan çıxarmaq niyyətindədir.
Bəs ABŞ NATO-dan çıxarsa, bu, alyansın digər ölkələrinə necə təsir edər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, NATO-nun aparıcı qüvvəsi olan ABŞ alyansın ümumi xərclərinin yarıya yaxınını təkbaşına qarşılasa da, son dövrlərdə üzv ölkələr arasındakı münasibətlərdə ciddi gərginlik müşahidə olunur:
"Bir çox müttəfiqlərin son müharibələrdə Vaşinqtona dəstək verməməsi, həmçinin Ukrayna böhranı və Hörmüz boğazı məsələsində yaranan fikir ayrılıqları tərəflər arasındakı çatları daha da dərinləşdirib. Xüsusilə İranla bağlı proseslərdə faktiki dəstəyin olmaması ABŞ ilə bəzi NATO üzvləri arasındakı münasibətləri ən aşağı səviyyəyə endirib. Hazırda ABŞ-nin diqqəti daha çox İranla bağlı məsələlərə yönəldiyi üçün alyansdan çıxmaq qərarı yaxın perspektiv üçün prioritet görünməsə də, bu mövzu aktuallığını qoruyur və gələcəkdə kəskin addımların atılması istisna edilmir".
Ekspertin sözlərinə görə, ABŞ-nin NATO-dan uzaqlaşması ehtimalı təşkilat üçün taleyüklü xarakter daşıyır:
"Çünki əsas daşıyıcı qüvvənin gedişi alyansın döyüş potensialının təxminən 30-40%-ni itirməsi və strukturun əhəmiyyətli dərəcədə zəifləməsi ilə nəticələnə bilər".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












