ABŞ-nin İranda quru əməliyyatı planı üzə çıxdı - Tramp...

ABŞ ordusunun İranda zənginləşdirilmiş uranı ələ keçirmək məqsədilə quru əməliyyatı planlaşdırdığı, lakin Prezident Donald Trampın son anda bu plana mane olduğu bildirilir. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına gedərək, İrana quru qüvvələrinin göndərilməsini nəzərdə tutan planlarla tanış olub. Mənbələrin bildirdiyinə görə, görüş təcili xarakter daşıyıb. Bu səbəbdən Den Keyn mayın 19-da Brüsseldə keçirilən NATO toplantısından vaxtından əvvəl ABŞ-yə qayıdıb. Mənbələr qeyd ediblər ki, məsələnin bu qədər yüksək səviyyədə müzakirə olunması quru əməliyyatı variantının ciddi şəkildə nəzərdən keçirildiyini göstərir. Məlumata görə, Keyn daha sonra plan barədə Prezident Donald Trampa məruzə edib. Tramp isə İranın sərt cavab verə biləcəyi, münaqişənin uzana biləcəyi və bunun qlobal iqtisadiyyatda yeni qeyri-sabitlik yarada biləcəyi barədə xəbərdarlıqlardan sonra əməliyyata razılıq verməyib. Mənbələr həmçinin bildiriblər ki, ABŞ lideri mümkün hərbi itkilərlə bağlı narahatlığını da dilə gətirib. CNN-in digər eksklüziv məlumatında isə bildirilir ki, İran ABŞ-nin uranı ələ keçirməyə cəhd göstərə biləcəyindən ehtiyatlanaraq, uran ehtiyatlarının saxlandığı anbarları möhürləyib və girişlərə minalar yerləşdirib. CNN-ə danışan mənbələrin sözlərinə görə, İran həmin anbarlara aparan bəzi tunelləri də qəsdən partladıb.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












