ABŞ şirkəti Ermənistanda TRIPP layihəsi üçün ərazinin tədqiqinə başlayıb

Ermənistanda olan ABŞ-nin "AECOM" mühəndis-konsaltinq şirkətinin nümayəndələri "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində ərazinin tədqiqinə başlayıblar.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla görüş zamanı şirkət nümayəndələri layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı işin əsas istiqamətlərini, eləcə də tədqiqatın gözlənilən nəticələrini təqdim ediblər.
Xatırladaq ki, ötən gün M.Qriqoryan İrəvanda Dövlət Departamenti və İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının nümayəndələrinin daxil olduğu ABŞ nümayəndə heyəti ilə də görüş keçirib. Tərəflər TRIPP layihəsinin icrası gedişatını müzakirə ediblər.
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












