ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib? - POLİTOLOQ

Vaşinqton–Tehran münasibətlərində müşahidə olunan gərginlik beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Həm hərbi aktivliyin artması, həm də paralel şəkildə diplomatik kanalların açıq qalması bu qarşıdurmanı əvvəlki mərhələlərdən fərqləndirən əsas xüsusiyyət kimi qiymətləndirilir. Regionda baş verən hadisələr, xüsusilə Yaxın Şərqdə təhlükəsizlik balansına təsir edən proseslər, bu münasibətlərin yalnız iki ölkə ilə məhdudlaşmadığını, daha geniş geosiyasi kontekstdə inkişaf etdiyini göstərir. Maraqlıdır, bəs görəsən, ABŞ və İran arasında münaqişə həll olunur, yoxsa daha da aktiv fazaya keçəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda münaqişənin uzanması daha real görünür:

“Çünki bu uzanma prosesində aktorlar hələ ki, həlledici mərhələyə qədər irəliləməyiblər. Hörmüz boğazının bağlanması ehtimalı, Oman istiqamətinə qədər yeni alternativ axtarışların meydana çıxması, Səudiyyə Ərəbistanının alternativ marşrutlar təşkil etməsi bu prosesi daha fərqli müstəviyə daşımağa başlayır. Ona görə də münaqişənin çox qısa müddətdə həll oluna biləcəyini demək düzgün deyil. Ən azından SEPAH hələ də hakim mövqedədir və İranda yalnız dini hakimiyyətin sıradan çıxarılması ilə proses tam idarə oluna bilməyib. Bu baxımdan hadisələrin inkişafı ilə bağlı qəti fikir yürütmək hələ tezdir”.
Nurcan Babək
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ












