ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ

Yaxın Şərqdə hərbi-siyasi gərginliyin davam etdiyi bir vaxtda Çinin regiondakı diplomatik rolunun artırılması məsələsi yenidən gündəmə gəlib. İran parlamentinin sədri və ölkənin Çin üzrə xüsusi nümayəndəsi Məhəmməd Baqir Qalibaf Pekinin Tehranla Vaşinqton arasında yaranmış münaqişənin həllində mühüm rol oynaya biləcəyini bəyan edib. Onun fikrincə, Çinin həm İran, həm də ərəb ölkələri ilə münasibətləri regional sabitliyin təmin olunması üçün ciddi imkanlar yaradır.
Avtosfer.az xəbər verir ki, Pekinin 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına vasitəçilik etməsi də bu baxımdan diqqət çəkir. Bəs Çin Yaxın Şərqdə yeni siyasi nizamın formalaşmasında nə dərəcədə təsirli ola bilər və onun vasitəçilik təşəbbüsləri real nəticə verəcəkmi?
Mövzu ilə əlaqədar politoloq Elxan Şahinoğlu öz sosial media hesabında bildirib ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki mövcud münaqişələrin tənzimlənməsi və bölgədə sabitliyin bərpası üçün Çinin diplomatik vasitəçiliyə cəlb olunmasında maraqlı olduğunu bəyan edib. Qalibaf eyni zamanda İranın Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsidir. Görünür bu, Qalibafla yanaşı İrandakı mühafizəkar qüvvələrin ortaq təklifidir.
.jpg)
"Qalibaf misal olaraq Çinin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyini göstərib. Həqiqətən Çinin vasitəçiliyi ilə 2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində diplomatik əlaqələrin bərpasına razılaşmışdılar. Nəticədə, 7 illik fasitlədən sonra iki ölkə diplomatik əlaqələri bərpa etdilər. Diplomatik münasibətlər bərpa edilsə də, bu, iki ölkə arasında gərginliyin tam ortadan qaldırılmasına şərait yaratmadı. ABŞ-İran müharibəsi zamanı İran İslam Keşikçiləri Korpusu Səudiyyə Ərəbistanı ərazisinə raket zərbələri endirdilər. Bu raket zərbələri ABŞ-nin Səudiyyə Ərəbistanındakı hərbi məntəqələrini hədəf götürməklə yanaşı neft hasil edən mərkəzlərinə zərər verdi. Bundan başqa husilərin Səudiyyə Ərəbistanına raket və dron hücumlarının arxasında da SEPAH dayanır. İrandan maliyyə və hərbi dəstək almadan husilərin davamlı olaraq Səudiyyə Ərəbistanına hücumlar təşkil etməsi mümkün deyil. Digər tərəfdən Çin şirkətlərinin husilərə raket istehsalı üçün ikili təyinatlı komponentlər satması barədə xəbərlər mövcuddur. Çinli diplomatlar bu iddiaları əsassız hesab etsələr də, reallıq fərqlidir. Çin dron və raket istehsalındakı texnologiyalarını tərəfdaş saydığı ölkələrlə bölüşür. Pekinin əsas məqsədi ABŞ-nin Avrasiya bölgədəki hegemonluğunu azaltmaqdır.
Çin İran üzərindən husilərə dron istehsalı üçün komponentlər göndərsə də, Bab əl-Məndəb boğazında sablitiyin tərəfdarıdır. Çünki Səudiyyə Ərəbistanı Çinin ikinci ən böyük xam neft təchizatçısıdır və 2025-ci ildə Çinin ümumi idxalının 14 faizini təşkil edir. Mümkündür ki, məhz bu səbəbdən husilər Bab əl-Məndəb boğazında ticarət gəmilərinin yük daşımalarına mane olmurlar. Halbuki, İran Hörmüz boğazına nəzarəti əlində saxlamağa çalışır.
Beləliklə, Tehran Çinin Yaxın Şərqdəki proseslərdə vasitəçi olmasını istəsə, buna qarşı çıxacaq dövlət yalnız ABŞ ilə məhdudlaşmır. Çinlə münasibətlərdə gənginlik yaşayan bölgə dövlətləri də Pekinin Yaxın Şərqdə əsas vasitəçi olmasını istəməzlər. Çünki, Tehranın təklifi reallaşarsa, Çin bölgədə diplomatik fəallıqla yanaşı hərbi iştirakını da təmin etməyə çalışacaq. Bu isə Avrasiyanın bir çox dövlətinin maraqlarına cavab vermir”.
Səfər
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX












