Abşeronda mənzilləri qarət edən iki qardaş tutuldu - VİDEO

Abşeronda mənzilləri qarət edən iki qardaş tutulub. Avtosfer.az xəbər verir ki, qardaşlar girdikləri evlərdən birinin sahibinə 41 min manatdan çox ziyan vurublar. Polis bundan başqa Masazır qəsəbəsində avtomobilləri qarət edən iki dostu da tutub. Goranboy polisi isə işlədiyi mağazadan oğurluq edən iki nəfəri saxlayıb. Evdən külli miqdarda pul oğurlayan qardaşlar saxlanılıb. Hadisə Abşeron rayon Digah qəsəbəsində baş verib.Qəsəbə sakini Mehdiabad polis bölməsinə məlumat verib ki, mənzilindən 23 min manat pul və 18 min manatlıq qızıl zinət əşyaları oğurlanıb. Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon polis idarəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul və Faiq Xəlilov qardaşlarını saxlayıb. Saxlanılan qardaşların bundan başqa Məhəmmədi, Mehdiabad qəsəbələrində də bənzər cinayətlər törətdikləri məlum olub. Rayon polis idarəsinin əməliyyatçıları bundan başqa Masazır qəsəbəsində bir avtomobildən külli miqdarda pul oğurlayan şəxsləri də saxlayıb. Belə ki, zərərçəkmiş polisə bildirib ki, səhər işə gedərkən avtomobilin yan şüşəsini qıran şəxslər ordan 10 min dollar oğurlayıblar. Əməliyyat tədbirləri ilə qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıb. Polisdən verilən məlumata görə, saxlanılan şəxslər Masazır qəsəbəsində xeyli avtomobildən və mənzildən oğurluq ediblər. Goranboyda isə sürücü həmyerlisi ilə əlbir olaraq işlədiyi mağazadan oğurluq edib. Hadisə Goran qəsəbəsində yerləşən ticarət obyektlərindən birində baş verib. Mağazada sürücü işləyən Ağəsəf Seyidov gecə saatlarında həmyerlisi Elmir Əliyevlə obyektə daxil olub və seyfdən 17 min dollar oğurlayıb. Saxlanılan şəxslər obyektə müşahidə kamerasının olmadığı hissədən daxil olublar. Onların hər ikisi tutularaq istintaqa təhvil verilib. Elmir Əliyev sərhədi keçməyə cəhd edən zaman saxlanılıb. Onlar oğurluq pulları bölsələr də, xərcləməyə macal tapmayıblar. Faktla bağlı araşdırmalar davam etdirlir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










