Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı: Adı dəyişdi - FOTO

Azərbaycan Yazıçılar Birliyinin qərərgahında yerləşən "26”-"Twenty six” kafesi başqa adda fəaliyyət göstərəcək. Avtosfer.az-ın məlumatın görə, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib ki, rəhbərliyin yeni qərarına əsasən sözügedən obyekt bundan sonra da restoran-kafe kimi fəaliyyət göstərəcək. Restoran-kafenin adı isə "13 CLUB"dur. Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş "26” - "Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı. Obyektin bağlanmasına səbəb "26 - Bakı komisarı”nın adını daşıması göstərilmişdi. Belə ki, Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə həbs olunmuşdu.


Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












