Adam öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Nicat Muradov, İlkin Kərimov və xuliqanlıqda ittiham edilən Sahil Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Muradov və İ.Kərimovun ittiham olunduğu qəsdən adam öldürmə (29,120.2.1) maddəsi qəsdən sağlamlığa zərər vurma (126.1) maddəsinə tövsif olunub. Hökmə əsasən, N.Muradov 5 il, İ.Kərimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xuliqanlıqda təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən S.Əzizova isə şərti cəza verilib.
Qeyd edək ki, martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Saatlı rayon sakini S.Əzizov, Cəlilabad rayon sakinləri N.Muradov və İ.Kərimov olduqları müəyyən edilib.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO








