Adam öldürüb meşədə basdıran şəxslərin cinayət işi məhkəməyə göndərilib

Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işinin ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, qətl hadisəsi bu il iyunun 1-də Xaçmaz rayonun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.
Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrərək, E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.
Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










