“Adnan Oktar qızlarla cinsi əlaqədə ola bilmirdi” - Kedicik

Ötən gün Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktara 11 il müridlik etmiş Ceylan Özgül şok iddialar səsləndirib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Posta Gazetesi”nə danışan Özgül 24 yaşında Oktarın qruplaşmasına qatıldığını, 2 dəfə - 2007 və 2011-ci illərdə qaçmağa çalışsa da geri gətirildiyini deyib. Onun sözlərinə görə, qəsr kimi evdə 12- 40 nəfər bir yerdə yaşayıb, hər kəsin fərqli vəzifəsi olub. Özgül bildirib ki, Adnan Oktar qadınlarla eyni evdə yaşasa da heç biri ilə cinsi yaxınlığı olmayıb: “O, qasıq yırtığından (“qrija”) əziyyət çəkirdi və heç bir qadınla əlaqədə olmurdu”.
Keçmiş mürid onu da əlavə edib ki, toplu halda yaşadıqları evdə cinsi istismar, təzavüz halları, eyni zamanda bir çox qanunsuz hallar olub, lakin onlar daim nəzarətdə olduğuna, evin hər yerində kameralar quraşdırıldığına görə polisə getmək imkanları olmayıb.


Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












