Adnan Oktarın əsgərlik hiyləsi - Yeni detallar ÜZƏ ÇIXDI

Türkiyədə özünü din xadimi kimi qələmə verərək mütəşəkkil cinayətkar dəstə qurmaqda ittiham edilən Adnan Oktarın istintaq işində gün keçdikcə dəhşətli və qəribə detallar ortaya çıxır.
Avtosfer.Az xəbər verir ki, polisə 164 səhifəlik ifadə verən "din xadimi"nin əsgərliyə getmək istəyən şəxslərə mane olduğu və onları avam adlandırdığı bildirilib.
İstintaq sənədlərində ifadələri yer alan 3 Adnan Oktar müridinin sözlərinə görə, təşkilata üzv olan kişilərin heç biri əsgərliyə getməyib. Adnan Oktar onları xaricə göndərib və guya orada işləyirlər formasında saxta sənədlər düzəldib. Şahidlərin ifadələrinə görə, "din xadimi" əsgərliyə getmək istəyənləri avam, axmaq adlandırıb və onlara bu sözlərlə mane olub:
"Biz avamıq? Nə ehtiyac var əsgərliyə getməyə? Axmaqsınız? Ölməyə başqa adam yoxdur? Biz nəyik ki, bu qədər dəyərli vaxtımızı orada sərf edək? Siz mənə burada lazımsınız".
Qeyd edək ki, Adnan Oktar və təşkilatına qarşı 20-dən çox ittihamla istintaq işi açılıb. Əməliyyatlar çərçivəsində 169 nəfər həbs edilib. Onların yarısından çoxu Adnan Oktardan polisə şikayətçi olub.
Mənbə: publika.az
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












