ADY və ADA Universitetinin “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşdı - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və ADA Universitetinin İxtisasartırma Proqramının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Liderlərin İnkişafı Proqramı” uğurla başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu münasibətlə 20 may 2026-cı il tarixində ADY və ADA Universitetinin rəhbərliyinin iştirakı ilə universitetdə məzun günü keçirilib və iştirakçılara sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən ADY sədrinin müşaviri Emil Məmmədov, qurumun İnsan resursları departamentinin müdiri Ceyhun Nağıyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov və prorektorun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva inkişaf proqramlarının idarəetmə keyfiyyətinin yüksəldilməsi, rəhbər şəxslərin peşəkar və liderlik bacarıqlarının gücləndirilməsi və qurumun rəqabət qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
15 oktyabr 2025-ci il tarixindən 10 aprel 2026-cı il tarixinə qədər davam edən “Liderlərin İnkişafı Proqramı”nda ADY və tabeli qurumlarını təmsil edən 160-dan çox rəhbər əməkdaş iştirak edib. Proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən idarəetmənin əsasları, emosional zəka, dəyişikliklərin idarə olunması, sahiblik və məsuliyyət, effektiv kommunikasiya kimi əsas kompetensiyalar üzrə təlimlər keçirilib. Həmçinin, real iş mühitində baş verən situasiyaların təhlili aparılıb.
Qeyd edək ki, ADY insan kapitalının inkişafını strateji prioritet hesab edərək əməkdaşların liderlik potensialını gücləndirmək, müasir idarəetmə yanaşmalarını təşviq etmək istiqamətində tədbirləri davam etdirir. Bu təşəbbüs ölkənin nəqliyyat sektorunda peşəkar idarəetmə mədəniyyətinin inkişafına və dayanıqlı institusional potensialın formalaşmasına mühüm töhfə verir.



Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA












