"Aeroflot" uçuş qiymətlərini yenidən qaldıracaq

Rusiyanın "Aeroflot" aviaşirkəti martın 26-dan etibarən uçuş biletlərinin qiymətini yenidən qaldıracaq. Bu, şirkətin öz reyslərində yanacaq rüsumlarını əhəmiyyətli dərəcədə artırması ilə əlaqədardır.
“Report” xəbər verir ki, qiymət artımı yanacaq yığımının olmadığı Azərbaycan, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Yaponiya və Koreya istiqamətində həyata keçirilən uçuşlara aid edilməyəcək.
Artım "Rossiya" və "Avrora" törəmə aviaşirkətlərinin sərnişinlərinə də şamil olunacaq.
Yığım ekanomklass və daxili marşrutlar üçün 1500 rubldan 1865 rubla, orta beynəlxalq uçuşlar üçün 42 avrodan 51 avroya, uzaq uçuşlar üçün isə 93 avrodan 103 avroyadək artacaq. Biznes-klasda artım ikiqat olacaq.
Yanacaq rüsumunun real xərclərlə heç bir əlaqəsi yoxdur və qiymətlərin kommersiya tənzimləyicisi və loyallıq proqramı qismində istifadə olunur. Tez-tez endirim və digər proqramların rentabelliyini azaltmaq üçün istifadə edilir, həmçinin aşağı, lakin qeyri-real qiymətləri təqdim etməyə imkan verir. Bu təcrübə bir sıra ölkələrdə qadağan edilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












