Aeroport bu il 3 milyondan çox sərnişinə xidmət göstərib

2018-ci ilin ilk səkkiz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,08 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur. Heydər Əliyev Beynəlxalq Aeroportundan Avtosfer.az-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 305 min sərnişin düşüb. İlin əvvəlindən etibarən 2 milyon 650 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11 faizi isə “Buta Airways”in payına düşüb. Avqust ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “Iraqi Airways”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Bu istiqamətlərə 328 min sərnişin uçub. Onlar cəmi 191 min sərnişinə xidmət göstəriblər. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"-ın ən yüksək 5 ulduzuna layiq görülüb. Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










