Aeroport bu il 3,8 milyon sərnişinə xidmət göstərib

2018-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,8 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” (AZAL) Milli Aviadaşıyıcısı tərəfindən 1 milyon 628 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkəti tərəfindən isə 382 min sərnişin daşınıb. İlin əvvəlindən beynəlxalq reyslərdə ümumilikdə 3,28 milyon sərnişinə (ümumi sərnişin axınının 86 faizi) xidmət göstərilib. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi isə “Buta Airways”in payına düşüb. Oktyabr ayında beynəlxalq sərnişin axını üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Bu aviaşirkətlər tərəfindən ümumilikdə 123 min sərnişinə xidmət göstərilib. Hazırda Bakının hava limanı 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Oktyabr ayında ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Tel-Əviv daxildir. Bu istiqamətlər üzrə 210 min sərnişin uçuş həyata keçirib. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən ən yüksək “5 ulduz” qiymətinə layiq görülüb. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına əsasən ikinci ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına başçılıq edir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












