Aeroport ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk yeddi ayı ərzində 2,5 milyon sərnişinə xidmət göstərib. Aeroportun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 14% çoxdur. “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster “Buta Airways” aviaşirkətinin payına isə 259 min sərnişin düşüb. Beynəlxalq reyslərlə ümumilikdə 2 milyon 150 min sərnişin (ümumi sərnişin axınının 86 faizi) daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 33 faizi AZAL-ın, 12 faizi isə “Buta Airways”in payına düşüb. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna iyul ayında Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Təl-Əviv daxildir. Bu istiqamətlərə 371 min sərnişin uçub. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"ın ən yüksək 5 ulduzuna layiq görülüb. Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












