Aeroportda külli miqdarda qanunsuz brilyant aşkarlanıb - FOTO

Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşın ölkəyə gizli keçirilməsinin qarşısını alıb. Bu barədə Avtosfer.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.
Vətəndaş gömrük nəzarətindən keçib nəzarət zonasını tərk edərkən saxlanılıb. Ondan baqajında, əl yükündə və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.
Bundan sonra vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşın üzərindən 17 ədəd kiçik ölçülü polietilen paketlərdə cəmi 571 ədəd müxtəlif həcmli qaşlar aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 96,072 karat olan brilyant qaşlardır.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












