Aeroportda vətəndaşdan külli miqdarda zərgərlik məmulatı aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və sorğu-sual edilib. O, üzərində gömrük nəzarətinə bəyan olunası əşyanın olmadığını söyləyib. Lakin yoxlama zamanı, vətəndaşın üzərində - jiletinin cibində 1 cüt sırğa, şalvarının cibində 3 ədəd boyunbağı və 1 cüt sırğa, əl çantasındakı cüzdanın içərisində 3 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd qolbaq, 2 ədəd boyunbağı, şalvarının iç tərəfində isə xüsusi düzəldilmiş cibdə 2 ədəd üzük, 1 ədəd sırğa-üzük dəsti, 1 cüt sırğa, 6 ədəd qolbaq, 1 dəst sırğa-üzük-kulon aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 130,02 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










