Aeroportdan alt paltarında zinət əşyaları keçirmək istədi - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Öncə həmin şəxs üzərində bir ədəd sırğa-üzük-kulon dəsti, iki ədəd boyunbağı, üç ədəd üzük, iki ədəd qolbağ olduğunu bildirib və gömrük nəzarətinə bundan başqa bəyan olunası əşyanın olmadığını söyləyib.
Lakin yoxlama zamanı vətəndaşın üzərində - şalvarının qabaq yuxarı hissəsinə iç tərəfdən alt paltarla bərkidilmiş bir ədəd sellofan büküm aşkar edilib. Həmin bükümün içərisində isə bəzilərinin üzərində qaşlar olan 28 ədəd qolbaq, 28 ədəd boyunbağı, yeddi ədəd üzük, 43 cüt sırğa, bir ədəd sırğa-üzük-kulon dəsti və 12 ədəd sırğa-üzük dəsti aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 486,88 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










