Ağacları doğrayıb daşıyan sürücü "iş başında" yaxalandı - VİDEO

Yük maşınının arxası hissəsinə çoxlu sayda kəsilmiş yaş və iri gövdəli ağaclar doğranaraq yüklənilib. Avtosfer.az-ın məlumatına görə, yaş odun daşıyan "QAZ-53" markalı yük avtomobili İsmayıllı -Qəbələ avtomobil yolunda saxlanılıb. Çəkiliş apardığımız zaman maşının sürücüsü ozünü təqdim etməkdən imtina edib. Bundan əlavə, o, avtomobilin hansı idarəyə məxsus olduğunu gizlədib, odunu hara aparadığını da deməyib. Üstəlik, sürücüdən sənəd istədikdə üzərində heç bir sənəd olmayıb. Sürücü maşındakı ağacların quru odun olduğunu və yükü məktəbə apadığını desə də, görüntülərdə həmin ağacların yaş olduğu aydın görünür. Bu ağacların qeyri- qanuni satışa çıxarılması ehtimal edilir. Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Regional Meşə İdarəsinin rəhbəri Elçin Salahovla əlaqə saxlamğa çalışsaq da, bu mümkün olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin araşdırılacağını və yalnız bundan sonra məlumatın veriləcəyini bildirib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












