Ağacları zədələyən şəxs cərimələnib - Gəncədə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Bu barədə Avtosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Reyd zamanı Gəncə şəhər Nizami rayonu ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı iri diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib. Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Samir Hacıyev tərəfindən tikinti işləri aparılarkən zədələndiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub. Ağaclara aqrotexniki xidmət göstərilməsi məqsədilə S.Hacıyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












