Ağcabədidə yol qəzasında yaralanmış sürücü xəstəxanada ölüb

Ötən gün Ağcabədi rayonunda baş vermiş yol qəzasında xəsarət almış sürücü bu gün xəstəxanada dünyasını dəyişib. Avtosfer.az-ın "Report"a istinadən məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Xocavənd kəndindən keçən ərazisində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili ilə "Ford" markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü - Fariz Musayev və Təyyar Bəşirov, habelə sərnişin Məhəmməd Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağır kəllə-beyin travması alan T.Bəşirov Reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Hyundai" markalı avtomobilin qarşı tərəfin hərəkət zolağına çıxması olub. Faktla bağlı araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












