Ağdamda ermənilər tərəfindən axıdılan mina zərərsizləşdirilib - FOTO

Ağdam rayonunda Qarqar çayından tapılan partlamamış mina zərərsizləşdirilib. Ermənistan ordusu tərəfindən Qarqar çayı vasitəsilə axıdılan piyada əleyhinə mina ANAMA-nın əməkdaşları tərəfindən partlayış yolu ilə məhv edilib. ANAMA-nın region üzrə qrup rəhbəri Elməddin Mirzəyev bildirib ki, ərazidə aşkar olunan mina barədə yerli əhali tərəfindən Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. ANAMA-nın mobil əməliyyat qrupu tərəfindən əraziyə baxış keçirilib. Ermənistan istehsalı olan bir ədəd piyada əleyhinə TMM minasının daşınması mümkün olmadığından mütəxəssislər tərəfindən yerindəcə zərərsizləşdirilib.
Qeyd edək ki, kənd sakinləri həmin ərazidə mal-qara otarır. Partlamamış döyüş sursatları erməni hərbçiləri tərəfindən əraziyə tez-tez axıdılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO















