Ağdaş rayon sakini özünü metroda qatarın altına atıb

Bu gün Bakı Metropoliteninin “Dərnəgül - Həzi Aslanov” xətti üzrə qatarların hərəkətində ləngimə olub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədovun sözlərinə görə, bu gün saat 11:40-da metronun “Nizami” stansiyasında Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Yusifov Tərlan özünü platfiormaya daxil olan qatarın altına atıb: “Bu səbəbdən təlimata uyğun olaraq qatarın hərəkətinə icazə verilməyib. Təmas relslərindən yüksək gərginlik ayırılıb. Sərnişin oradan çıxarılandan sonra qatarın hərəkətinə icazə verilib”. Metropolten rəsmisi qeyd edib ki, T.Yusifov xəsarət almasa da, təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib: “O, özünü atdıqdan sonra iki reys arasında uzandığı üçün xəsarət almayıb. Onun bir qədər spirtli işki qəbul etdiyi də aşkarlanıb”. B.Məmmədov bildirib ki, bu hadisə ilə əlaqədar “Elmlər Akademiyası” stansiyasında qatarın hərəkətinə mövcud intervaldan 4 dəqiqəyə qədər çox fasilə verilib: “Bu ləngimə yalnız “Yaşıl xətt” üzrə qeydə alınıb. Hazırda qatarların hərəkətində problem yoxdur”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












