Agentlik Bəşir Səfəroğlu küçəsində səkilərin enli olmasına aydınlıq gətirdi - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu ərazisində, hazırda təmir işləri aparılan Bəşir Səfəroğlu küçəsindəki səkilərin enli olmasına münasibət bildirib. Avtosfer.az xəbər verir ki, Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli a24.Az-a açıqlamasında bildirib ki, hazırda təmir işləri aparılan Bəşir Səfəroğlu küçəsi müasir üsulla, şəhər infrastrukturu layihəsi əsasında tam müasir formada abadlaşdırılır: “Həmin ərazidə təmir işləri Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında aparıldığına görə işlər həmin qurumun hazırladığı layihə üzrə həyata keçirilir. Orada tam müasir formalı şəhər küçəsinin olması nəzərdə tutulub. Eyni zamanda, küçədə sürücülərlə yanaşı, piyadaların da hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün piyada səkiləri qurulub. Əvvəllər həmin küçədə səki heç vaxt olmayıb və sürücülər avtomobillərini küçədə saxlayırdılar. Bu da piyadaların təhlükəsizliyinə mane olurdu. Həmçinin, bəzən elə olurdu ki, piyadaların hərəkəti mümkünsüz vəziyyətə çevrilirdi. Hazırda küçədə piyadaların rahat şəkildə hərəkəti üçün şərait yaradılır. Bəzən də sürücülərin avtomobillərini düzgün park edə bilməməsi səbəbindən sakinlər öz həyətlərindən çıxa bilmirdi. Ona görə də sakinlər öz darvazalarınının qarşısını dəmir zəncirlərlə hasarlayırdılar ki, kimsə burada avtomobil saxlamasın. Həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün birtərəflidir. Əvvəl də belə olub”. Qeyd edək ki, Bəşir Səfəroğlu küçəsinin paytaxtın Nizami küçəsi ilə “Qış parkı”nı birləşdirən müasir görünüşlü şəhər küçəsi olacağı planlaşdırılır.

Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












