Agentlik qaçqın ölümü ilə bağlı dəhşətli rəqəmləri açıqladı

"Associated Press” xəbər agentliyi son 4 ildə itkin düşən və ölən qaçqınların sayı ilə bağlı şoka salan hesabat hazırlayıb. Avtosfer.az sputnik.az-a istinadən məlumatına görə, hazırlananı hesabatda itkin düşən qaçqınların sayının açıqlanan rəsmi rəqəmlərdən qat-qat çox olduğu bildirilir. Agentliyin beynəlxalq təşkilatlar, tibbi qeydlər, ölüm və itkin düşmə kimi bir çox məlumatları bir araya gətirərək hazırladığı hesabata görə, 2014-cü ildən etibarən 56 min 800 qaçqın dünyasını dəyişib, yaxud da itkin düşüb. BMT-nin rəsmi rəqəmlərində isə 4 ildə 28 min 500 nəfərin öldüyü və ya itkin düşdüyü bildirilir. Hesabatda qeyd olunur ki, rəsmi rəqəmlər həqiqətdən çox uzaqdır. Bundan əlavə, faciə təkcə Afrika və Yaxın Şərqdən Avropaya köçmək istəyənlərlə bağlı yaşanmır. Məsələn, 2014-cü ildən etibarən Meksikadan ABŞ-a keçmək istəyən 3 min 861 qaçqının öldüyü, yaxud da itkin düşdüyü qeyd olunub. Agentliyin məlumatına görə ölən qaçqınların cəsədləri dənizdə, sahillərdə aşkarlanıb. Qaçqınlarla bağlı araşdırmalara yetərli büdcə ayrılmaması da ciddi problemlərdən biri kimi qeyd olunub. Buna misal olaraq isə 2015-ci ildə İtaliyada baş verən hadisə göstərilib. Qeyd olunub ki, 800 qaçqının dənizdə bataraq ölüməsindən sonra müəyyən büdcənin ayrılması vədi verilsə də, hökumət tərəfindən buna əməl edilməyib.
WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? – RƏSMİ AÇIQLAMA - FOTO
Afrika qitəsi son illərdəki iqlim dəyişikliklərinə daha çox məruz qalır – XARİCİ TURİST - FOTO
Dizel və benzin yanacağı ilə bağlı MƏLUMAT VERİLDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO








