Ağstafada silah satmaq istəyən şəxs yaxalanıb - FOTO

Qazax rayon sakini silah satmaq istəyərkən saxlanılıb. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qazax rayon sakinində odlu silah olması və onu satmaq üçün Ağstafa rayonuna aparması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini İlham Nəsibovun Ağstafa rayonu istiqamətində hərəkətdə olduğu müəyyən olunaraq, saxlanılıb.
Vətəndaşa məxsus idman çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman oradan bir ədəd “AKC74Y” tipli avtomat, 22 ədəd 5.45 kalibrli patron və həmin avtomata aid bir ədəd sandıq aşkar edilib.
Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub. Dindirilmə zamanı İlham Nəsibov odlu silahı meşədən tapdığını, Ağstafa rayonuna satmaq üçün apardığını qeyd edib.
Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












