Ağsu aşırımında vəziyyət necədir?

Ölkənin dağlıq ərazilərinə gecə saatlarından başlayaraq güclü qar yağıb. Trend-in məlumatına görə, hazırda bəzi dağətəyi ərazilərə də qar yağır. Lerik rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dünən axşam saatlarından rayon ərazisinə qar yağmağa başlayıb: "Rayon ərazisində sulu qar yağsa da, dağ kəndlərində qarın hündürlüyü 5-6 sm-ə çatıb".
Qeyd edək ki, Quba rayonuna da hazırda qar yağır. Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, hazırda rayon ərazisi qardır və yağmaqda davam edir.
Rayonun dağlıq ərazisində şaxtalı hava şəraiti hökm sürür.
Şamaxı rayonuna ötən gün güclü qar yağsa da, rayon sakinlərinin sözlərinə görə, hazırda qar yağmır: "Ötən gün yağan qar səbəbindən bəzi dağ kəndlərinə gediş-gəliş pisləşib. Qar yolları bağlayıb, kəndlərə gedən yollar buz bağlayıb".
Ağsu rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun dağ kəndlərinə qar yağıb: "Hazırda həmin kəndlərdə qar var. Amma rayon ərazisində yağışlı havadır. Ağsu aşırımının bəzi hissələrində qar olsa da, avtomobil yolu tam açıqdır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












