Ağsu dolaylarına alternativ olan 16 kilometrlik yeni yol çəkiləcək - TƏFƏRRÜATLAR

Ağsu dolaylarından istifadə etmədən Şamaxıdan Ağsuya yeni avtomobil yolu tikiləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yeni tikiləcək yol Bakı-Şamaxı-Yevlax yolunu birləşdirəcək: "Bakı-Şamaxı-Yevlax avtomobil yolu Ağsu dolaylarından keçir. 14 kilometr uzunluğunda olan Ağsu dolayları isə sürüşmə zonasında yerləşir. Buna görə də Bakı-Şamaxı-Yevlax avtomobil yolu Muğanlı qəsəbəsindən başqa istiqamətə çəkiləcək. Yeni tikiləcək yolun uzunluğu 16 kilometr olacaq. Həmin yol Muğanlı qəsəbəsindən başlayaraq Ağsu çayının kənarı ilə tikiləcək və birbaşa Ağsu rayonunda Bakı-Şamaxı-Yevlax yoluna birləşəcək". A.Nəcəfli bildirib ki, hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır: "İşlər başa çatandan sonra yeni tikiləcək yolun layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq və maliyyə ayrılandan sonra yolun tikintisinə başlanacaq. Yeni yolun tikintisinə gələn il başlanacaq". Xatırladaq ki, Bakı-Şamaxı-Yevlax yolunun Bakıdan Şamaxıya qədər və Ağsudan Yevlaxa qədər olan hissəsi yenidən qurulub və sürücülərin istifadəsinə verilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












