Ağsuçayın beton layları uçdu, rayonda evlərə təhlükə yarandı

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində daha bir təhlükə yaranıb. Bu barədə Trend-ə Ağsu rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, çayın rayonun "20 yanvar" küçəsindən keçən hissəsində beton laylar qopub. Nəticədə çay həmin küçədəki evlərə təhlükə yarada bilər: "Həmin ərazi bir-neçə il əvvəl betonlanmışdı. Lakin, son vaxtlarda yağıntının miqdarının çox olmasından çay məcrasından çıxaraq rayon ərazisində bir neçə evə təhlükə yaratdı. Bunun qarşısını almaq üçün çayın məcrasını dəyişdik, həmin evlərə yaranan təhlükənin qarşısını aldıq. Məsələ ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş etmişik". Xatırladaq ki, bir müddət əvvəl Ağsuçay daşaraq çayın kənarındakı bəndləri yumuşdu. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaratmışdı.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












