"Ağzımı bağlamayın" - Haşoqqinin qol saatına düşən səs yazısındakı yalvarışları

Etməyin, ağzımı bağlamayın.
Avtosfer.az xəbər verir ki, milli.az-a Habertürk-ün köşə yazarı Sevilay Yılmanın konsulluqda öldürülən jurnalist Camal Haşoqqi ilə bağlı məqaləsinin diqqət çəkən hissələrini təqdim edir:

"Bütün dünya, hər kəs, hamımız Səudiyyə Ərəbistanından "cəsəd haradadır?" deyə soruşuruq. Məncə, boş yerə bu sualı veririk. Bilirsiniz niyə? Çünki Səudiyyə bunun cavabını verə bilməz və bilməyəcək də. Səbəbi də odur ki, göstərməyə cəsəd yoxdur. Nəyi göstərsinlər?
Onu öldürüb, cəsədini "buxarlandırıblar". Əvvəlcə boğub, sonra da kimyəvi maddələrlə cəsədi yox ediblər. Bəzi hissələrini isə çemodanlara qoyaraq konsulluqdan çıxardıblar.
Səudiyyəli rəsmilər əvvəlcə özlərini heç nədən xəbərləri yoxmuş kimi göstərsələr də, sonradan səs yazısının olduğunu bilib, etiraf etmək məcburiyyətində qalıblar.
Bəs Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo, Səudiyyənin baş kəşfiyyatçısı və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspelin qulaq asdığı səs yazısında nələr var?
İstanbuldakı konsul Məhəmməd Uteybinin otağına gətirilən Haşoqqinin son sözləri "Etməyin, ağzımı bağlamayın" olub. 15 nəfərlik dəstə onu paketlə boğublar. Sonra da xüsusi alətlə cəsədi hissələrə ayırıblar. Bəs görüntülər yoxdursa, bunu hardan bilirik?
Səs yazısından....
Belə ki, Haşoqqinin "etməyin, ağzımı bağlamayın, astma xəstəsiyəm" sözlərindən sonra başqa biri "yaxşıca bağla" deyib. Daha sonra Britaniyada təhsil almış Salah əl-Tubaqi "bir az uzundur, amma, eybi yox, öhdəsindən gələrəm" söyləyib və ətrafdakılara musiqi dinləməyi tövsiyə edib.
Təxminən 20 dəqiqə ərzində cəsədi parçaladıqdan sonra əvvəldən özləri ilə gətirdikləri çemodanlara yığaraq konsulluq binasından çıxarıblar.
Bilirəm ki, bu yazını oxuyanda ürəyiniz bulanır, üzünüzdə qəribə ifadə yaranır. Özünüzə "bunlar necə insanlardır?" deyə sual verirsiniz.
İnanın ki, mən də eyni hisslər keçirərək bu məqaləni yazıram.
Səudiyyə Ərəbistanının istədiyi tək şey olayın unudulmasıdır. Amma buna icazə verməməliyik. Cəsədi göstərməsələr belə, ən azından cəsədi necə parçaladıqlarını etiraf etsinlər".
Qeyd edək ki, jurnalist Camal Haşoqqi oktaybr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğu binasına sənəd götürmək üçün girərkən öldürülüb. Onun qolundakı "Apple" saatına düşən işgəncə anının səs yazısı nişanlısına verdiyi "iPhone" telefonu ilə sinxronizasiya olub.
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA










