Aİ-92 yanacağı gömrük rüsumlarından azad edilir

Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir. Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib. Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi. Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir. Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












